Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin edilməsi

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin edilməsi

   “Legal Stone” Avropa İnsan Hüquqları Məhkəməsində Sizin pozulmuş hüquq və azadlıqlarınızın müdafiəsini həyata keçirir. Bizi Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən partnyorlarımız Sizin maraqlarınızı peşəkar səviyyədə müdafiə edəcəklər. Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinə verilən şikayətlərin əksəriyyətinin qeyri-peşəkar tərtib olunması səbəbindən şikayətlər ya geri qaytarılır ya da qəbul olunmur.

   Şikayətin qəbul olunma perspektivi haqqında Bizim peşəkar hüquqşünaslardan ilkin məsləhət alın. Bu Sizin xərclərinizi minimuma endirəcəkdir.
  Avropa İnsan Hüquqları Məhkəməsinə Sizin şikayətləriniz aşağıdakı şərtlər daxilində qəbul olunacaqdır:

  • Beynəlxalq hüququn ümumqəbul olunmuş normalarında nəzərdə tutulmuş bütün dövlətdaxili hüquqi müdafiə vasitələri istifadə olunmuşdur;

  • Milli dövlət orqanları tərəfindən yekun qərarın verilməsindən 6 aydan çox müddət keçməmişdir;

  • Sizə qarşı haqsızlıq Konvensiya və ya müvafiq protokolu ratifikasiya etmiş dövlətin ərazisində baş vermişdir;

  • Hüquqların pozulması ratifikasiyadan sonra baş vermişdir.

Bizim işimiz, Sizin uğurunuzdur.