İnsan resursları

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

İnsan resursları

   Hər bir şirkətin təməlində onun İnsan resurslarının idarə edilməsi, dolayısı ilə sağlam və möhkəm işçi kollektivinin olması dayanır. Bir çox şirkətlərin zamanında bu sahəyə kifayət qədər diqqət ayırmaması gələcəkdə insan resuslarının (kadr heyətinin) formalaşmasına mənfi təsir göstərir. “Legal Stone” konsaltinq şirketi olaraq insan resurslarının autsorsinqində böyük təcrübəyə malikdir. İnsan resurslarının autsorsinqindən istifadənin rahatlığı ondan ibarətdir ki, Sizin şirkətin İnsan Resursları sahəsindəki siyasəti və fəaliyyəti konfidensial, planlı və səmərəli şəkildə peşəkar konsaltinq şirkəti tərəfindən həyata keçiriləcək. İnsan resursları sahəsində aşağıda xidmətləri təklif edirik:

  • Yeni namizədlərlə müsahibə, vəzifəyə uyğun olub-olmamasının yoxlanılması və əmək müqaviləsinin bağlanılması;
  • Şirkətdaxili intizam, texniki təhlükəsizlik, geyim qaydalarının, maddi məsuliyyət müqavilələrinin işlənib hazırlanması;
  • İşçilərin Elektron Hökumət Portalında onlayn fərdi uçota alınması;
  • İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;
  • İnsan resurslarının idarə edilməsi üzrə əmrlərin hazırlanması və digər sənədləşdirmə;
  • Aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;
  • İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;
  • Dövlət orqanlarına hesabatların verilməsi;
  • Qanunvericiliyə uyğun olaraq müvafiq sahələrin içşilərinə “tibbi müayinə” kartlarının alınması və içşilərin icbari tibbi sığorta olunması.

Bizim işimiz, Sizin uğurunuzdur.