KOMANDAMIZ

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

(İdarəedici Ortaq) Camalov Bəşir Əsgər oğlu

Camalov Bəşir Əsgər oğlu “Legal Stone” şirkətinin partnyorudur. Onun əsas fəaliyyət sahələri korporativ, kommersiya, tikinti və müqavilələr hüququdur. Camalov Bəşir Azərbaycan Respublikasında, o cümlədən ölkə xaricindəki müxtəlif şirkətlərdə 10 ildən artıq korporativ hüquq təcrübəsinə malikdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. İngilis, Rus, Türk dillərini bilir.

Təhsil: 2001-2005, Bakı Dövlət Universiteti, hüquqşünaslıq.

(İdarəedici Ortaq) Qurbanov Pərviz Sahib oğlu

Qurbanov Pərviz Sahib oğlu “Legal Stone” şirkətinin partnyorudur. Onun əsas fəaliyyət sahələri korporativ hüquq, kommersiya hüququ, müqavilələr hüququ, publik və inzibati hüquqdur. Pərviz Qurbanov məhkəmə təcrübəsinə malikdir. Azərbaycan Universitetində hüquq sahəsində pedoqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. İngilis, Rus, Türk dillərini bilir.

Təhsil:
2001-2005 Bakı Dövlət Universiteti (bakalavr)hüquqşünaslıq.
2005-2007 Bakı Dövlət Universiteti (magistr)hüquqşünaslıq.
2008 AMEA doktorant / hüquqşünaslıq.

(İdarəedici Ortaq) Məmmədov Ceyhun Hamlet oğlu

Məmmədov Ceyhun Hamlet oğlu “Legal Stone” şirkətinin partnyorudur. Onun əsas fəaliyyət sahələri cinayət hüququ, korporativ, kommersiya, əmlak və əşya hüququdur. Ceyhun Məmmədov 2007-2015-ci illər ərzində Azərbaycan Respublikasının Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə — müstəntiq, böyük müstəntiq, idarə prokuroru, kriminalist və rayon prokurorunun müavini kimi çalışmışdır. İstintaq sahəsində 8 illik peşəkar təcrübəyə malikdir. Cinayət hüququ ilə yanaşı 2015-ci ildən korporativ, kommersiya, əmlak və əşya hüququ sahələrində mülki və iqtisadi mübahisələr üzrə fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. İngilis, Rus, Türk dillərini bilir.

Təhsil: 1998-2005 Bakı Dövlət Universiteti(bakalavr), hüquqşünaslıq. 2006-2009 Bakı Dövlət Universiteti(magistr), hüquqşünaslıq.

(Partnyor vəkil) Quliyev Elvin Ənvər oğlu

Elvin Ənvər oğlu Quliyev “Legal Stone” şirkətinin partnyorudur. Onun əsas fəaliyyət sahələri beynəlxalq, korporativ, əmlak, əşya və müqavilələr hüququdur. Elvin Quliyev beynəlxalq hüququ sahəsində geniş təcrübəyə malikdir. Xarici dövlətin məhkəmə qərarının ölkəmizdə tanınması, eləcə də ölkəmizdə çıxarılan məhkəmə qərarının xarici dövlətdə tanınması, beynəlxalq artbitraj qərarlarının tanınması, ekstradisiya, məhkumların verilməsi və s. bu kimi beynəlxalq hüquq sahələri üzrə böyük təcrübəyə malikdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. İngilis, Rus, Türk dillərini bilir.

Təhsil: 2003-2007, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (bakalavr), hüquqşünaslıq. 2008-2011 Naxçıvan Dövlət Universiteti (magistr) hüquqşünaslıq.