Korporativ hüquq xidmətləri

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Korporativ hüquq xidmətləri

     Korporativ sahədə geniş təcrübəyə malik peşəkar “Legal Stone” komandası yeni biznesə başlamaq istəyən fərdi sahibkarlara, hüquqi şəxslərə öz hüquq xidmətlərini təklif edir. Şirkətin mütəxəssisləri biznesin tam müşayiəti ilə bağlı xidmətlər göstərirlər. Başladığınız bizneslə bağlı ilk addımların atılması, rasional həllərin seçilməsi, biznesin uğurlu davamlılığı, risklərin minimuma endirilməsi üçün ixtisaslı kadrlarımız Sizə bu sahədə köməklik göstərəcək. Biz kommersiya və idarəçilik razılaşmaları çərçivəsində şirkətdə konkret hallar üzrə ortaya çıxan məsələlərin hüquqi həllərini müəyyən edirik. Əldə etdiyimiz korporativ hüquq tətbiq təcrübəsi sayəsində şirkətimizdə artıq hüquqi xidmət paketi formalaşmışdır. Korporativ sahədə konsaltinq xidmətləri göstərməklə yanaşı Biz Sifarişçinin xüsusilə mürəkkəb tapşırıqlarını yerinə yetiririk. Biz həm müstəqil, həm də Sifarişçinin hüquq departamenti ilə əməkdaşlıq edərək kompleks hüquqi xidmətlər göstərməyi təklif edirik:

  • Spesifik meyarlara cavab verən mürəkkəb strukturlu korporativ idarəçilik modellərinin hazırlanması;
  • Səhmdar və təsisçilərin idarəçilik orqanlarının fəaliyyətinə əlavə daxili nəzarət mexanizminin yaradılması məqsədilə daxili sənədlərin auditi və hazırlanması;
  • Sifarişçi şirkət və onun işçiləri tərəfindən sahəvi qanunvericiliyin tələblərinə (əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, vergi və ekoloji qanunvericilik) riayət edilməsinin təmini;
  • Qeyri-standart hallarda şirkətlərin yenidən təşkilində hüquqi müşayiət;
  • Hüquqi şəxsin təsisi və yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə);
  • Müxtəlif strukturlu kommersiya və ya qeyri kommersiya müəssisələrinin yaradılması;
  • Rezident və qeyri rezident hüquqi şəxslərin filial və nümayəndəliyinin yaradılması, ləğvi;
  • Nizamnamə kapitalındakı payların alqı-satqısı, nizamnamə kapitalının artırılması-azaldılması, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnaməyə dəyişiklik və bunların dövlət qeydiyyatı;
  • Xüsusi icazə tələb olunan fəaliyyət sahələri üçün xüsusi icazələrin (lisenziya) alınması;
  • Səhmlər, istiqrazlar və digər qiymətli kağızlar barədə xidmətlər;
  • Bütün növ mülki-hüquqi müqavilələrin, birgə fəaliyyət (jv) razılaşmalarının tərtib edilməsi, rəy verilməsi və icrasına nəzarət;
  • Patent və müəlliflik hüququnun qeydiyyatı və müdafiəsi;
  • Korporativ mübahisələrin həlli, hüquqi şəxslərin maraq və mənafelərinin məhkəmələrdə, müvafiq dövlət və icra qurumlarında müdafiəsi.

Bizim işimiz, Sizin uğurunuzdur.