Kreditləşmə ilə bağlı konsaltinq xidmətləri

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Kreditləşmə ilə bağlı konsaltinq xidmətləri

   “Legal Stone” öz bizneslərini genişləndirmək məqsədi ilə banklardan kredit götürmək istəyən sahibkarlara konsaltinq xidmətlərinin göstərilməsini həyata keçirir.
     Biz başa düşürük ki, banklardan kreditlərin alınması zamanı sahibkarlar (kiçik və orta və s.) müxtəlif: biznes-planın hazırlanması, sənədlərin toplanması və bunlardan irəli gələn müxtəlif risklərin idarə olunması kimi çətinliklər ilə üzləşirlər. Nəticə etibarı ilə müvafiq şirkətlərə bank tərəfindən kredit ayrılmasından imtina olunur. Bəzi hallarda isə qeyri-peşəkar şəkildə hazırlanan sənədlər və bu sənədlərlə bağlı gələcəkdə yaranan problemlər məhkəmə çəkişmələrinə səbəb olur. Bütün bunlar sonda şirkətin maliyyə durumunun və əmlakının risk altına düşməsinə səbəb olur.
    Bu səbəbdən, Şirkətimizdə bu sahə üzrə çalışan peşəkar hüquqşunaslar hər zaman Sizin sorğularınızı cavablandırmağa və dəyərli məsləhətlərini Sizə təqdim etməyə hazırdırlar. Sizin şirkətimizə müraciətinizdən sonra bu sahə üzrə ixtisaslaşan əməkdaşlarımız Sizə yalnız zəruri sənədlərin hazırlanması ilə əlaqədar məsləhətlərin verilməsi ilə kifayətlənməyərək fəaliyyətiniz ilə bağlı Sizinlə dəyərli və faydalı məsləhətləri ilə də bölüşəcəklər. Biz “Legal Stone” olaraq kreditin alınması ilə bağlı sahibkarlara lazım olan konsaltinq xidmətlərini həyata keçiririk:

  • Biznes planın hazırlanması;
  • Lazımı sənədlər paketinin hazırlanması;
  • Bank ilə danışıqların aparılması;
  • Kreditləşmə prosesinin bütün mərhələlərində hüquqi müşaiyət;
  • Kredit müqavilələrinin analizi və risklərin müəyyən edilməsi.

    Əmin olun ki, “Legal Stone” Sizi əlverişsiz risklərdən qoruyaraq, inkişafınız üçün lazım olan kredit məbləğinin alınmasında köməklik göstərəcək.

Bizim işimiz, Sizin uğurunuzdur.