Məhkəmələrdə təmsilçilik

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Məhkəmələrdə təmsilçilik

   Hüquq & konsaltinq şirkəti olaraq “Legal Stone” öz müştərilərinin məhkəmə mübahisələrinin həllində iştirak edir. Müştərilərimizin kommersiya, qeyri-kommersiya, eləcə də gömrük, vergi, cinayət və arbitraj kimi spesifik sahələrdəki məhkəmə mübahisələrinin həlli üçün “Legal Stone” böyük məhkəmə təcrübəsinə malik vəkillərlə əməkdaşlıq edir. Biz həmçinin etibarlı xarici hüquq & konsaltinq şirkətləri ilə də yaxından əməkdaşlıq edərək, ölkə hüdudlarından kənarda da müştərilərimizin hüquqlarını müdafiə edirik. “Legal Stone” olaraq eyni zamanda müştərilərimizə məhkəməyəqədər mübahisələrin həlli ilə bağlı məsələlərdə öz xidmətlərimizi təklif edirik.

   İxtisaslaşdığımız sahələr:

  • Korporativ mübahisələr;
  • Müflisləşmə;
  • Borc tələbi;
  • Bank mübahisələri;
  • Daşınmaz əmlak sahəsindəki mübahisələr;
  • Tikinti sahəsindəki və əlaqəli mübahisələr;
  • Sığorta ilə əlaqəli mübahisələr;
  • Müəlliflik və əlaqəli hüquqlar ilə bağlı mübahisələr;
  • İşgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələr;
  • Əmək mübahisələri;
  • Vergi mübahisələri;
  • Gömrük mübahisələri;
  • İstehlakçılar ilə bağlı mübahisələr;
  • Biznesin müdafiəsi ilə bağlı mübahisələr;
  • Beynəlxalq Arbitraj Məhkəmələrindəki mübahisələr.

Bizim işimiz, Sizin uğurunuzdur.