Miqrasiya

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Miqrasiya

    Miqrasiya, vətəndaşlıq, iş icazəsi “Legal Stone” komandasının həm xarici vətəndaşlara, həm də Azərbaycan vətəndaşlarına kömək edə biləcəyi əsas sahələr sırasındadır. Yerli bazara xaricdən işçi qüvvəsinin cəlb edilməsi müasir biznesin özünəməxsus aspektlərindən biri hesab olunur. İşləmək üçün icazənin alınması zamanı ciddi prosedurların mövcudluğu, yüksək məbləğdə cəzaların müəyyən edilməsi, beynəlxalq və daxili qanunvericiliyin vəhdətdə tətbiq edilməsi professional yanaşmanı tələb edir.

    “Legal Stone” miqrasiya qanunvericiliyinin bütün aspektləri ilə yaxından tanışdır və bu sahədə geniş təcrübəyə malikdir. Biz müştərilərimizin maraqlarına təsir edə biləcək həm qanunvericilikdə həmdə təcrübədə baş verən dəyişiklikləri yaxından izləyirik. "Legal Stone" öz peşəkar komandası ilə yerli və əcnəbi şirkətlərə miqrasiya sahəsi ilə bağlı (rəhbər heyətdən başlayaraq sıravi işçilərədək) konsaltinq xidmətləri göstərir.

    Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmayan fiziki şəxslərə konsaltinq xidmətləri təklif olunur:

    • Şirkətin miqrasiya sahəsində hüquqi fəaliyyətinin kompleks analizi;

    • Şirkətin miqrasiya mübahisələrinin həllində iştirak;

   • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq, iş icazəsi, müvəqqəti və daimi yaşayış yeri ilə bağlı məsələlər üzrə lazım olan sənədlərin hazırlanması və müvafiq icazələrin alınması üzrə konsaltinq.

Bizim işimiz, Sizin uğurunuzdur.