Müqavilə hüququ və Müqavilə layihəsinin hazırlanması

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Müqavilə hüququ və Müqavilə layihəsinin hazırlanması

    Müqavilə münasibətləri – hər bir təşkilatın(şirkətin) fəaliyyətində ən mürəkkəb və məsuliyyətli məqamlardan biridir. Müqavilənin bağlanması zamanı, ilk görünüşdən sadə və əhəmiyyətsiz görünən detalları hərtərəfli öyrənmək və araşdırmaq lazımdır. Çünki hüquqi cəhətdən düzgün hazırlanmamış müqavilə aydın məsələdir ki, lazımi hüquqi nəticələrə səbəb olmur. Əvvəlcədən düşünülmüş və düzgün tərtib olunmuş müqavilə digər tərəfin bu müqaviləni öz mənfi məqsədləri naminə istifadə etməsinə imkan verməyəcəkdir. Biz Sizin istəklərinizə əsaslanaraq və bağlanılacaq müqavilənin konkret şərtlərindən irəli gələrək detallaşdırılmış müqavilə layihələri işləyib hazırlayacayıq. Bundan başqa Biz bütün növ mülki müqavilələrin və protokolların hüquqi ekspertizasını həyata keçirəcəyik.
Müqavilə hüququ sahəsində təqdim olunan xidmətlər:

  • Müqavilə prosesinin auditi, müqavilə layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması və “vicdansız tərəfdaşlığın” müəyyən olunması;
  • İstənilən növ müqavilələrin hazırlanması (Alqı-satqı, Dəyişdirmə, Bağışlama, İcarə, Yük Daşınması, Əvəzsiz istifadə, Saxlama, Tapşırıq, Françayzinq, Lizinq, Podrat, Ticarət nümayəndəsi (agent), Konsessiya, Qiymətli kağızlar, Sığorta, Komissiya və s.);
  • Müqavilələrin bağlanmasında müşayiət olunma, Partnyorlar ilə razılaşdırıcı danışıqlarda iştirak.

    Müqavilə layihələrinin hazırlanması zamanı tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı məsuliyyətinə toxunan şərtlər xüsusilə düşünülüb müqayisə olunmalıdır. Şablon, tipoloji müqavilələrin mexaniki köçürülməsi təcrübədə əvvəl axır uzunmüddətli və bahalı məhkəmə proseslərinə (mübahisələrinə), ən pis halda isə şirkət üçün böyük zərərlərə səbəb olacaq. Adətən müqavilə bağlayan tərəflər müqavilədə öz maraqlarına uyğun şərtlər müəyyən edir və gələcəkdə öz öhdəliklərinin icrasından yayınmaq üçün müqavilənin lazımi məqamlarını təhrif edirlər. Biz Sizin müqavilə üzrə tərəfdaşınızın hazırladığı müqavilələrin hüquqi ekspertizasını həyata keçiririk. Bizə təqdim olunmuş müqavilə üzrə ekspertizanı həyata keçirdikdən sonra aşağıdakı hüquqi nəticələr müəyyən olunur:

  • Müqavilə layihəsinin daxili qanunvericilik və beynəlxalq hüquq normaları nöqteyi-nəzərdən tövsifi;
  • Müqavilə üzrə onun icrası zamanı meydana gələ biləcək hüquqi risklərin izahı;
  • Mübahisəli məqamlar üzrə elmi və təcrübi nəticələrin izah edilməsi;
  • Müqavilə layihəsinin (qarşı tərəfin təqdim etdiyi) düzgün tərtib edilməyən şərtlərinin yenidən işlənib hazırlanması.

Göstərilən hüquqi araşdırma mürəkkəb bir prosesdir və kifayət qədər hüquqi biliyə malik olmayan şəxs tərəfindən həyata keçirilə bilməz.

Bizim işimiz, Sizin uğurunuzdur.