Onlayn interaktiv treninq / Seminarlar

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Onlayn interaktiv treninq / Seminarlar

   Onlayn seminarlar əhalinin hüquqi cəhətdən maarifləndirilməsinə, müxtəlif sahələrdə çalışan insanların professional məsləhətlər almasına şərait yaradır. Bu həm də  hər bir iştirakçıya aktual iqtisadi və hüquqi mövzuda olan mühazirələri real zamanda onlayn dinləməyə və suallar verməyə imkan verir. Seminarlarda həm şirkətimizin ixtisaslı kadrları, həm də müqavilə əsasında çalışan ölkəmizin aparıcı mütəxəssisləri tərəfindən mühazirələr oxuyacaqlar.
    İnteraktiv seminarlar və treninqlər.
    “Biznes görüşləri” həmişə istənilən biznesin və ya hər hansı digər fəaliyyətin insanlara əsas təsir vasitəsi olmuşdur. "Legal Stone" şirkəti müxtəlif sahədə çalışan mütəxəssislərin inkişafı, fərqli sahədə fəaliyyət göstərən şirkətlərin xidmətlərinin inkişaf etdirilməsi üçün interaktiv(informasion) seminarlar təşkil edir. Bəzən təcrübədə insanlar mütəxəssislərin özləri ilə görüşmək istəyirlər. Məhz bu zaman adi seminarlar deyil məhz interaktiv (informasion) seminarlar təşkil olunur. Bu seminarlar zamanı iştirak edən şəxslər mühazirəçinin özü ilə birbaşa ünsiyyətdə ola bilirlər. Müvafiq seminarlarda həmçinin müxtəlif sahələrdə çalışan mütəxəssislər də qarşılıqlı diskussiyalarda iştirak edirlər. Nəticədə həmin mütəxəssislər bir-birilərilə təcrübə mübadiləsi sahəsində ünsiyyət qurur, lazımi informasiyaları əldə edir, habelə lazımi təşkilatlarla(şəxslərlə) əlaqə yaradırlar. Artıq Sizə lazımi informasiyanı əldə etmək, bilik və təcrübə qazanmaq üçün öz dəyərli vaxtınızı sərf edərək başqa yerlərə getməyə ehtiyac qalmayacaq. Siz istənilən mövzuda təcrübi və nəzəri bilikləri mütəxəssislərin öz dilindən eşidəcəksiniz. "Legal Stone" olaraq Azərbaycan Respublikasının istənilən regionunda yüksək səviyyəli treninqləri təşkil etməyə hazırıq.
    Sizə xidmət göstərməyə həmişə şad olarıq!

Bizim işimiz, Sizin uğurunuzdur.