Patent / Əmtəə Nişanı

Legal Stone” korporativ xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış hüquq & konsaltinq şirkətidir.

Özünü yüksəltməyin əmin bir yolu, başqasının yüksəlməsinə kömək etməkdir. Booker T. Washington.

Patent / Əmtəə Nişanı

    Günümüzdə bir çox sahibkarlar öz zəhmətləri və vəsaitləri hesabına yeni məhsullar yaradaraq müvafiq məhsulu bazara daxil edirlər. Bazarda kifayət qədər tanındıqdan sonra bu məhsulların yaradılmasında heç bir əməyi olmayan kənar şəxslər bu məhsulların istehsalına başlayırlar. Bütün bunların səbəbi sahibkarların həmin istehsal etdiyi məhsullara hüquqlarının qeydiyyatının (patent, əmtəə nişanı və s.) qanunvericiliyə uyğun şəkildə vaxtında həyata keçirməmələridir. Bəzən elə halllar olur ki, digər sahibkarlar Sizin illərdir maddi vəsait sərf edərək zəhmətinizin nəticəsində ərsəyə gətirdiyiniz məhsula olan hüquqlarınızı mənimsəyərək sizinlə haqsız rəqabətə girirlər. Nəticədə sahibkarlar zamanında buraxdıqları səhvlərinin əziyyətini çəkirlər.
   Biz “Legal Stone” olaraq əmtəə nişanının alınmasında, ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsində, lazım olan iddia sənədi və digər sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmasında və bununla bağlı aidiyyatı dövlət orqanlarında təmsilçilik ilə əlaqədar xidmətlər göstəririk. Qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna sahiblik hüququ verir. Məhz həmin şəxs başqalarının bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya və ya ondan istifadəyə icazə verə bilər. Qeydiyyata alınmış əmtəə nişanı bir istehsalçını digər istehsalçılara məxsus həmcins olan əmtəə və xidmətlərdən fəqrləndirməyə yardımçı olur.
   Zamanında əmtəə nişanının alınması, ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsi Sizi haqsız rəqabətdən və qanun pozuntularından sığortalayacaqdır.

Bizim işimiz, Sizin uğurunuzdur.